Ru
Bakı
USD
EUR
GBP
RUB

“İdman jurnalistikası” magistr proqramına müraciət üçün qeydiyyat davam edir (FOTO)

news photo

21.05.2019 12:19 // Təhsil

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilli “İdman jurnalistikası” magistr proqramına 2019-2020-ci akademik dərs ili üçün qeydiyyat davam edir.

Belə ki, proqrama olan maraq nəzərə alınaraq, magistr imtahanının I mərhələsindən minimum 30 bal toplayan və ingilis dili bilikləri yüksək olan namizədlər 1 iyun 2019-cu il tarixinədək “İdman jurnalistikası” magistr proqramına qəbul üçün müraciət edə bilərlər. Bunun üçün namizədlərdən aşağıdakı online qeydiyyat formasını doldurmaq tələb olunur: https://bit.ly/2IwlPWL

Akademiyadan Youthportal.az-a bildirilib ki, magistr proqramına qəbul imtahanın II mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, “İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.

Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. “İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir.

Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu ixtisasa qəbul olan namizədlər onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində  PR, audio və video, online media sahəsində professional bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media qismində qatılmaq imkanı qazanırlar.

Bununla yanaşı, “İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrlar proqram çərçivəsində Böyük Britaniyaya səfər etmək, BBC kimi nüfuzlu media orqanında təcrübə mübadiləsində iştirak etmək, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində həyata keçirmək imkanı əldə edirlər.

Əlavə məlumat üçün: https://www.facebook.com/asapesmedia

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi