Ru
Bakı
USD
EUR
GBP
RUB

İdman gimnastlarımız Macarıstanda 6 medal qazanıblar

news photo

31.05.2019 11:40 // İdman

İdman gimnastlarımız Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Youthportal.az xəbər verir ki, turnirdə müxtəlif yaş kateqoriyalarında yarışan təmsilçilərimiz 6 medal qazanıblar.

Komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. Belə ki, gimnastımız turnikdə gümüş, halqalarda və sərbəst hərəkətlərdə isə bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə çoxnövçülükdə əldə edib.

Digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və bürünc medala sahib olub.

Yarışlarda daha bir medal qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə S.Məmmədli yarışın bürünc medalına sahiblənib.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi