Ru
Bakı
USD
EUR
GBP
RUB

“İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub

news photo

15.01.2018 17:11 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, Həsənağa Hüseynovun layihə rəhbəri olduğu “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.

Youthportal xəbər verir ki ,layihə çərçivəsində Bakı şəhərində üç peşəkar biznes təlimçi və gənc sahibkar – Orxan Şahbaz, Elvin Dadaşsoy və Kənan Hüseynli tərəfindən tələbə – gənclərə ideyanı biznesə çevirməyin yolları haqqında təlimlər keçirilib. Təlimlər biznesə başlamaq üçün zəruri olan 3 əsas istiqaməti əhatə etmişdir:

Biznes ideyaların yaradılması (ideyanın tapılması, təhlili və seçilməsi);

Biznes planların hazırlanması;

Öz biznesini qur! ( biznesin qeydiyyatı, zəruri işlərin planlaşdırılması və s).

Təlimlərdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Həsənağa Hüseynov Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd etmiş və iştirakçılara təlimlərin önəmi haqqında məlumat vermişdir O, həmçinin qeyd etmişdir ki, layihəyə ilk gündən çox böyük maraq olmuşdur. Belə ki, öncədən verilmiş elanlar nəticəsində layihədə iştirak üçün 400-dən çox elektron müraciət daxil olmuşdur. Layihə heyəti tərəfindən bütün müraciətlərə baxılmış və layihənin məqsədinə uyğun olaraq, istək məktubu əsasında 110 nəfər tələbə-gənc təlimlərdə iştirak üçün seçilmişdir. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün faydalı olacağına ümid etdiyini vurğulamışdır.

Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılmış və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının və eyni zamanda layihəyə maraq göstərib müraciət edən ancaq seçilməyən 300-dən çox gəncin də elektron poçtuna təlimlərin təqdimat matrealları və bizneslə bağlı elektron kitablar göndərilmişdir. Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi