Ru
Bakı
USD
EUR
GBP
RUB

İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı yekunlaşmaq üzrədir

news photo

05.04.2017 18:55 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta (9 illik) təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır.

DİM-dən bildiriblər ki, İctimai Şuraya üzv olmaq istəyən nümayəndələrin qeydiyyatı yekunlaşmaq üzrədir. Proseslərə cəlb olunmazdan əvvəl şura üzvlərinə təlimlər keçiriləcək və bu işə yaxın günlərdə başlanılacaq.

Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anket formasını press@tqdk.gov.az linkindən buradan yükləyərək doldurub elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır. İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar və başqa ödənişlər verilmir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Cəbhədə atəşkəs 20 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi