Ru
Bakı
USD
EUR
GBP
RUB

İçərişəhərdə hindistanlı peşəkar yoqa təlimçisi mühazirə söyləyib

news photo

23.05.2019 14:22 // Cəmiyyət

Şirvanşahlar Sarayı Kompleksində “Mənəviyyat birlik, sülh və rifahın vəhdəti kimi” adlı mühazirə təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Youthportal.az-a bildirilib ki, tədbir qurum, Hindistanın ölkəmizdəki səfirliyi, Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası və Bakı Brahma Kumaris mədəni-maarif mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin üzvü Cavid Kazımov çıxış edərək mühazirənin “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdən biri olduğunu və dahi şairin yaradıcılığındakı fəlsəfi fikirlərin yoqanın mahiyyəti ilə uyğunluq təşkil etdiyini bildirib.

Sonra Hindistanın məşhur raca-yoqa növünün peşəkar təlimçisi Didi Santoş mühazirə söyləyib. O, raca-yoqa anlayışının indiyədək bilinməyən cəhətlərindən və Uzaq Şərqin mənəvi aləmindən söhbət açıb və iştirakçıların suallarını cavablandırıb.

Beynəlxalq Brahma Kumaris Mənəvi Universitetinin pedaqoqu olan Didi Santoş uzun illər MDB və Baltikyanı ölkələrdə mühazirə və seminarlarla çıxış edib. O, ölkəmizdə bir neçə dəfə olub və burada daha çox insanın yoqa ilə maraqlandığını söyləyib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi