Ru
Bakı
USD
EUR
GBP
RUB

"İçərişəhər"də "Bakı-2015"ə hazırlıq gedir

news photo

30.04.2015 17:45 // İdman

Ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhər olacaq. Bu zaman qədim şəhəri gəzməyə gələn əcnəbi turistlər məlumatsız qalmayacaqlar. Belə ki, İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 20-yə yaxın məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. İlk növbədə buradan audiobələdçilər əldə etmək mümkündür. Audiogidlərə Azərbaycan, rus, ingilis, fransız və ispan dillərində məlumat daxil edilib.

YOuthportal.az AzərTac-a istinadən xəbər verir ki, əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər.

Xarici qonaqlara yardımçı olmaq üçün birinci Avropa Oyunları zamanı İçərişəhərdə könüllü tərcüməçilər də fəaliyyət göstərəcək. Bundan başqa qoruq ərazisində müxtəlif tədbirlər keçiriləcək. Bunlardan biri də ənənəvi Qız qalası Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Qeyd edək ki, ötən illər ərzindən bu festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il festivalın tarixi Avropa Oyunlarına görə dəyişdirilərək iyunun 11-dən 14-dək keçiriləcək.

Qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə qonaqlar qədim şəhərdə Qız qalası və Şirvanşahlar Sarayı muzey kompleksləri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən muzey sərgi zalı, Miniatür Kitab Muzeyi, Vaqif Mustafazadə, Tahir Salahov və Kamil Əliyevin ev muzeyləri ilə tanış ola biləcəklər. Birinci Avropa Oyunları zamanı bu mədəniyyət ocaqlarının fəaliyyət saatının artırılması da gözlənilir.

Muzeylərdən əlavə İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları fəaliyyət göstərir ki, turistlər burda rəssamların, heykəltəraşların, tətbiqi incəsənət ustalarının əsərləri ilə tanış olmaqdan əlavə bəyəndikləri əsərləri əldə edə biləcəklər.

Birinci Avropa Oyunları zamanı İçərişəhərin ərazisində yerləşən beş, dörd və üçulduzlu otellər, kafe və restoranlar da gücləndirilmiş rejimdə çalışacaqlar. Turistlər bu restoranlarda Azərbaycan mətbəxinin çeşidli və ləzzətli xörəklərini dadmaqla yanaşı, milli musiqimizdən də zövq ala biləcəklər. Qədim şəhərin özünəməxsus çay ənənələri də var. Burda turistlərə 60 növ çay təklif olunur. Bütün bunlarla yanaşı, küçələr boyunca əl işi olan məhsulların satışına da diqqət artırılıb.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi