Ru
Bakı
USD
EUR
GBP
RUB

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılacaq

news photo

07.10.2019 20:15 // Cəmiyyət

Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. 

Bu barədə Youthportal.az-a “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da nəzərdə tutulur.

Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.

Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi