Ru
Bakı
USD
EUR
GBP
RUB

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

news photo

21.05.2019 16:40 // Cəmiyyət

İyunun 7-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın “Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə rəssam bu gözəl şəhəri – Stokholumu ziyarət etməklə öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edib. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı olub. Sərgidə rəssamın 30-dən çox sənət əsəri yer alacaq. İyunun 12-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi