Ru
Bakı
USD
EUR
GBP
RUB

“İçərişəhər” Qoruq İdarəsinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü keçiriləcək

news photo

14.05.2019 17:26 // Cəmiyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib.

Qoruq İdarəsindən Youthportal.az-a bildirilib ki, həmin gün paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi