Ru
Bakı
USD
EUR
GBP
RUB

"İçərişəhər" Muzey Mərkəzi “Qala” Qoruğu ərazisində ağacəkmə aksiyası keçirəcək

news photo

15.11.2019 20:13 // Cəmiyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Muzey Mərkəzi noyabrın 16-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ağacəkmə aksiyası keçirəcək.

İdarədən Youthportal.az-a bildirilib ki, tədbir qurumun Muzey və Elmi-Mədəni mərkəzləri və "Animal Care Club" (ACC) qeyri-kommersiya qurumunun əməkdaşlarının iştirakı ilə baş tutacaq.

Ağaclar ACC tərəfindən istifadə olunmuş kağızların toplanaraq satışından əldə etdiyi vəsait hesabına alınıb. Belə ki, “İçərişəhər” DTMQİ və “Green Baku” təşkilatının dəstəyi ilə ərsəyə gələn layihənin ilkin mərhələsində istifadə olunmuş kağızların toplanması həyata keçirilib. Tullantı kağızların toplanması bir necə ünvanda və müxtəlif tarixlərdə təşkil olunub. Yüzlərlə könüllü əvvəlcədən elan olunmuş ünvana kağız məhsullarını təhvil verib. Nəticədə 1.5 ton kağız karton zavoduna verilib və əldə olunan vəsait hesabına ağac tingləri alınıb.

Aksiya zamanı ümumilikdə 330 ədəd ağacın əkilməsi nəzərdə tutulub.

Aksiyada arzu edən hər kəs iştirak edə bilər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi