Ru
Bakı
USD
EUR
GBP
RUB

I Avropa Oyunlarının ilk və son çempionu kimlər oldu?

news photo

28.06.2015 21:00 // Bakı-2015

Bakı-2015 I Avropa Oyunlarında idmançıların mübarizəsinə rəsmən yekun vurulub.

Youthportal.az xəbər verir ki, Oyunların son medalçıları çimərlik futbolçuları olub.

Bu gün Rusiya ilə İtaliya yığmaları arasında baş tutan final görüşündə qələbə qazanan (3:2) ruslar Oyunların 253-cü, yəni sonuncu qızıl medalına layiq görülüblər. Yarışın gümüş və bürünc mükafatlarını isə müvafiq olaraq, İtaliya və Portuqaliya milliləri qazanıblar.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının ilk medalları iyunun 13-də dağ velosipedi idmanı növündə qazanılmışdı. Həmin vaxt isveçrəli Yolanda Neff qızıl medal qazanaraq, Oyunların ilk çempionu kimi tarixə düşüb. Digər isveçrəli Katrin Stirnemann gümüş, polşalı Maya Vloçovska isə bürünc medal əldə etmişdi.

Digər xəbərlər

Xəbər lenti

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi