Ru
Bakı
USD
EUR
GBP
RUB

Hüquqşünas tələbələr üçün yay təcrübə proqramına qeydiyyat başlayıb

news photo

01.05.2018 11:10 // Gənclər üçün

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi “Hüquqşünasların VI yay təcrübə proqramı”na start verib.

İctimai Birlikdən Youthportal-a bildiriblər ki, proqram hüquqşünas tələbələrin nəzəri biliklərinin təcrübə yolu ilə daha da möhkəmləndirilməsinə, onların praktiki olaraq hüquq sahəsində lazımi məlumatlara yiyələnməsinə xidmət edir. Proqram çərçivəsində hüquqşünas tələbələr Bakıdakı və regionlardakı məhkəmələrdə, prokurorluq və polis orqanlarında, özəl hüquq şirkətlərində və bir neçə dövlət müəssisələrinin hüquq şöbələrində təcrübə keçmək imkanı qazanacaqlar.

VI yay təcrübə proqramına sənədlərin təqdim edilməsi üçün qeydiyyat artıq başlanıb və mayın 26-dək davam edəcək.

Hüquqşünas tələbələr iyun, iyul, avqust ayları ərzində bir aylıq təcrübədə olacaqlar. Təcrübə yeri və tarixi tələbələrlə qarşılıqlı şəkildə razılaşdırılaraq müəyyənləşdirilir. Tələbələr təcrübə keçəcəkləri yeri və vaxtı özləri qeydiyyat blankında bildirir, buna uyğun olaraq təcrübəyə göndərilirlər.

Qeydiyyat ancaq İctimai Birliyin ofisində aparılır. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti, hüquqşünas tələbə olduğunu təsdiq edən sənədlərin surətlərinin (tələbə bileti, diplom, arayış), 3x4 ölçüdə bir ədəd rəngli fotoşəklin təqdim olunması, İctimai Birliyin tərtib etdiyi CV formasının və qeydiyyat anketinin doldurulması vacibdir. Proqrama qatılmaq istəyənlər sığorta, sertifikat və digər xərclər üçün 30 manat ödəməlidirlər.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi