Ru
Bakı
USD
EUR
GBP
RUB

"Huawei" özünün yeni əməliyyat sistemini tətbiq edəcək

news photo

11.12.2019 13:56 // High-tech

“Huawei Technologies” şirkəti gələn ildən etibarən daha çox cihazlara özünə məxsus olan “Harmony OS” əməliyyat sistemini quraşdırmağı nəzərdə tutur.

Youthportal.az Report-a istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən bildirildiyinə görə, “Harmony” həm daxili, həm də xarici bazarda satılacaq smart saatlarda, səs ötürücülərində, virtual məkan cihazlarında və sairədə quraşdırılacaq. İlk olararaq adıçəkilən əməliyyat sistemi “Honor Vision” smart TV-də qurulub.

Digər tərəfdən, “Harmony” hələlik “Huawei”nin kompüter, smartfon və planşetlərində tətbiq edilməyəcək. Sonrakı mərhələdə isə “Harmony”nin “Google” məhsulu olan “Android” sisteminə alternativ olaraq daha geniş tətbiq ediləcəyi bildirilir. Belə ki, “Huawei”nin yaratdığı yerli əməliyyat sistemi Çin – ABŞ ticarət ixtilafının mümkün fəsadlarından sığortalanmağa kömək edəcək.

Digər xəbərlər

Xəbər lenti

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi