Ru
Bakı
USD
EUR
GBP
RUB

“Huawei Mate SE” smartfonu nümayiş olunub

news photo

12.03.2018 16:12 // High-tech

Çinin "Huawei" şirkəti buraxılan smartfonlar çeşidini yeni "Mate SE" modeli ilə artırıb.

Youthportal ICTnews-a istinadən bildirir ki, qurğu tərəflərinin nisbəti 18:9 təşkil edən "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü 5,93 düym diaqonallı ekranla təchiz olunub. Smartfonun əsasını "Kirin 659" prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Əsas kamera 16 və 2 meqapiksel təsvir ölçülü ötürücülərə malik qoşa modulla təchiz edilib.

Ön kameranın təsvir ölçüsü 8 meqapikselə bərabərdir. Burda, həmçinin "4G LTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.1 LE", "GPS" modulları, arxa paneldə barmaq izi skaneri və 3340 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

Bundan başqa, "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu iki SİM kartdan istifadəni dəstəkləyir.

"Huawei Mate SE" smartfonunun təxmini qiyməti 230 dollar təşkil edir.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi