Ru
Bakı
USD
EUR
GBP
RUB

Hindistanın Bakıdakı Səfirliyi Konstitusiya gününü qeyd etdi (FOTO)

news photo

27.11.2019 16:33 // Siyasət

Hindistan, dünyanın ən böyük demokratiyası 26 noyabr, 2019-cu il tarixində 70-ci Konstitusiya gününü qeyd etdi. Hindistanın Bakıdakı Səfirliyi bu günün qeyd olunması münasibətilə Səfirlikdə tədbir təşkil etdi. Azərbaycanlı deputat, Milli Məclisin Azərbaycan-Hindistan dostluq qrupunun üzvü olan cənab Rüfət Quliyev iştirakı ilə Hindistan icmasının üzvləri və Hindistanın dostlarının da qoşulduğu tədbiri şərəfləndirdi.

Səfirliyin mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən Hindistan səfiri cənab B. Vanlalvavna, Konstitusiyanın Girişində də təsbit olunduğu kimi hər bir Hindistanlının sosial, iqtisadi və siyasi həyatını əhatə edən və ədalət, azadlıq və bərabərliyə təminat verən Hindistan Konstitusiyasının mahiyyətindəm danışdı. Səfir həmçinin, Hindistan Konstitusiyasının mühüm xüsusiyyəti olan təməl vəzifələrə də toxundu.

Deputat cənab Rüfət Quliyev 1.3 milyarddan çox əhalisi olan Hindistanın çox zəngin demokratik ənənələrə malik olduğunu vurğulayaraq, Hindistan Konstitusiyasının dünyadakı konstitusiyaların ən yaxşı xüsusiyyətlərini qəbul etdiyini nəzərə çatdırdı. O həmçinin, 900 milyondan çox seçicinin qeydiyyatdan keçdiyi, 11 milyon seçki üzrə səlahiyyətlilərin cəlb olunduğu, 1 milyon səsvermə məntəqəsinin yaradıldığı və 2.3 milyon elektron səsvermə maşınının istifadə olunduğu Hindistanda keçirilən ümumi parlament seçkilərinin çox böyük demokratik proses olduğunu qeyd etdi.

Hindistan demokratiyası mahiyyət etibarilə bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu ehtiva edən bərabərlik prinsipinə əsaslanır. O, multikulturalizmə qucaq açaraq dini, təbəqə, etiqad və irqi ayrı-seçkiliyə heç bir əsas vermir.

Hindistan Konstitusiyası Hindistanın siyasi quruluşununun əsasını qoyan təməl qanundur. 22 hissə, 12 fəsildə verilən 395 maddədən ibarət olan Hindistan Konstitusiyası, dünyanın ən uzun yazılı konstitusiyasıdır. Bu Konstitusiya dünya konstitusiyalarının ən yaxşı xüsusiyyətlərini qəbul edərək Hindistana uyğun şəkildə dəyişdirmişdir. Noyabrın 12-də Konstitusiya gününü qeyd edən Azərbaycan, demokratik dəyərlərin dəstəklənməsi, Qanunverici, İcraedici və Məhkəmə səlahiyyətlərinin bölünməsi, vətəndaşların müəyyən təməl hüquqlarına və müvafiq vəzifələrinə təminat verilməsi kimi Hindistan konstitusiyasında qeyd olunan bir çox ən yaxşı xüsusiyyətləri bölüşür. 

Hindistan Höküməti Konstitusiya gününün qeyd olunması münasibətilə bir il ərzində tədbirlərin keçirilməsinə qərar vermişdir ki, Hindistan səfirliyi də bu müddət ərzində bir sıra tədbirlər təşkil etməyi planlaşdırır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi