Ru
Bakı
USD
EUR
GBP
RUB

Hindistanın Assam ştatı üçün Milli Vətəndaşlıq Reyestri

news photo

05.09.2019 20:54 // Siyasət

Hindistanın Bakıdakı (Azərbaycan) Səfirliyinin mətbuat xidmətinin rəhbəri cənab S.C Sinha, Hindistanın Assam ştatı üçün tərtib edilən Milli Vətəndaşlıq Reyestrinin yekun siyahısının dərc edilməsi ilə bağlı mətbuatda yayımlanan suallara cavab olaraq, Hindistan Hökümətinin Xarici İşlər Nazirliyinin 01 sentyabr 2019-cu il tarixində verdiyi açıqlamaya istinadən bildirdi ki, Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi hökümət qərarı yox, Hindistanın Ali Məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilən, şəffaf, hüquqi bir prosesdir. Ali Məhkəmə tərəfindən prosesə birbaşa nəzarət edilir və hökumət məhkəmənin verdiyi göstərişlərə uyğun hərəkət edir.

Bu barədə Youthportal.az-a Hindistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Vətəndaşların Milli Reyestri elmi metodlara əsaslanan ədalətli bir prosesdir. Milli Reyestrinə daxil olmaq xüsusi bir hadisədir. Assam ştatındakı hər hansı bir şəxs, 24 mart 1971-ci il tarixindən Assamın sakini olan bir şəxsin nəslindən olduğunu sübut edən sənədlərə əsaslanaraq siyahıya daxil ola bilər. Bu ayrıseçkiliyə yol verməyən, qərəz və haqsızlığın olmadığı bir prosesdir. Bu mərhələdə siyahıdan çıxarılan hər kəs çıxarılması barədə bildirişi əldə etdikdən sonra 120 gün ərzində təyin olunmuş məhkəməyə apellyasiya şikayəti vermək hüququna malikdir. Bütün müraciətlər və çıxarılma ilə bağlı işlər məhkəmə tərəfindən yoxlanılacaq, bu qərardan zərər çəkən hərkəs Assam ştatının Ali Məhkəməsinə və daha sonra Ali Məhkəməyə müraciət etmək hüququna sahib olacaq.

Vətəndaşların Milli Reyestrindən xaric edilməsi Assamda yaşayan fərdi sakinlərin hüquqlarına heç bir təsir göstərmir. Yekun siyahıda olmayan insanlar göz altına alınmayacaq və qanuna zidd hərəkətlər etmədikləri halda əvvəlki kimi bütün hüquqlarından istifadə etməyə davam edəcəklər. Reyesterdən xaric edilmə insanı "dövlətsiz" etmir. Onlar əvvəllər istifadə etdikləri hüquq və səlahiyyətlərindən məhrum olmayacaqlar.

Assam ştatı siyahıdan çıxarılan və bu cür hüquqi yardım almağa imkanı çatmayan istənilən şəxsi pulsuz hüquqi yardımın göstərilməsi ilə təmin edib. Bununla da, insanlara, xüsusən dezavantajlı təbəqəyə mümkün olan ən yaxşı hüquqi yardımdan istifadə etmək imkanı yaradılır. Siyahıya daxil olmaq üçün verilən ərizələrin qəbul edilməsi prosesini sürətləndirmək üçün Ştat Hökuməti mövcud 100 məhkəməyə daha 200 məhkəmə heyəti əlavə edir. 2019-cu ilin dekabr ayına qədər Assam ştatı tərəfindən daha 200 məhkəmə təşkil ediləcək.

Dünyanın ən böyük demokratiyası kimi Hindistan Konstitusiyasında 'hərkəs üçün bərabər hüquqlar' və 'qanunun aliliyinə hörmət' qəti şəkildə mühafizə olunur. İnsan hüquqlarının müdafiəsi üçün çalışan müstəqil məhkəmə sistemi və tam şəkildə muxtariyyəti olan dövlət qurumları bizim siyasi quruluşumuzun və ənənələrimizin ayrılmaz hissəsidir. Vətəndaşların Milli Reyestrinin həyata keçirilməsi zamanı qəbul edilən hər hansı bir qərar Hindistan qanunlarının çərçivəsində olacaq və Hindistanın demokratik ənənələrinə uyğundur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi