Ru
Bakı
USD
EUR
GBP
RUB

Hindistanda dünyanın ən hündür heykəlinin açılışı olub (VİDEO)

news photo

31.10.2018 18:06 // Dünyada

Bu gün Hindistanın qərbindəki Qucarat ştatında dünyanın ən hündür heykəlinin - Birlik abidəsinin təntənəli açılış mərasimi keçirilib.

Youthportal.az RİA "Novosti"yə istinadən xəbər verir ki, beton və metaldan olan heykəldə Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinin davamçılarından olan və parçalanmış ştatları vahid dövlətdə birləşdirməyə müvəffəq olan Vallabhai Patel əks olunub.

Qeyd edək ki, abidənin hündürlüyü 182 metrdir. Bu göstərici ilə o, ABŞ-dakı Azadlıq Heykəlindən (93 metr) təxminən, iki, Braziliyadakı İsa Məsih abidəsindən (38 metr) təqribən, 5 dəfə hündürdür.

Əlavə edək ki, heykəl Racpilla yaxınlığında, Sadhu Bet çay adasında Narmada bəndinin qarşısında yerləşir. Onun zirvəsində eyni anda, təxminən, 200 nəfəri qəbul edəcək müşahidə meydançası var.

Abidənin ətrafı ilə birlikdə 20 min kvadratmetrdən çox sahəni əhatə edir və 12 kvadrat kilometrlik süni göllə əhatə olunub. Heykəlin əsas memar məşhur hindistanlı heykəltəraş Ram Vanci Sutardır.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi