Ru
Bakı
USD
EUR
GBP
RUB

“Həyəcan siqnalı 2” layihəsi çərçivəsində növbəti video-çarxın təqdimatı keçirildi (FOTO)

news photo

28.12.2016 15:00 // Cəmiyyət

Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilati dəstəyiylə Bakı şəhərində baş tutmuşdur. “Həyəcan siqnalı 2” layihəsi Azərbaycan jurnalistikasına töhvə verərək, gənc jurnalistlərin hərbi sahədə biliklərini artıracaq, jurnalistlərin hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olacaq.

Layihənin açılış mərasimində “Həyəcan Siqnalı 2” layihəsinin rəhbəri PR menecer Türkan Nadirqızı çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra layihənin önəmindən danışaraq jurnalistlər üçün əhəmiyyətini vurğulayıb.

Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərəcək 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki bilikləri” artırılacaq.

“Layihənin əsas məqsədi hərbi sahəni işıqlandırmağın hüquqi-təcrübi-psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına yardım etməkdir. Eyni zamanda məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasıdır”, – deyə layihə rəhbəri bildirib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Ayşə Məhərrəmova və Müdafə Nazirliyinin rəsmi nümayəndəsi əməkdar jurnalist ehtiyatda olan mayor Rəşid Faxralı çıxış ediblər.

Ayşə Məhərrəmova gənc jurnalistlərə dəstək məqsədilə belə təşəbbüslərin reallaşdırılmasının önəmini vurğulayıb. Eyni zamanda A.Məhərrəmova Gənclər Fondu haqqında geniş məlumatla çıxış edərək, hər bir gənci fondla əməkdaşlıq etməyə dəvət edib.

Daha sonra ehtiyatda olan mayor, əməkdar jurnalist Rəşid Faxralı hərbi jurnalistikanın önəmindən, jurnalistlərlə Müdafiə Nazirliyinin əməkdaşlığından bəhs edib.

Sonda layihənin operatoru Taleh Valehov çıxış edərək öz təəssüratlarını bölüşüb.

Layihə Azərbaycanın gənc jurnalistlərinin informasiya müharibəsi müddətində qeyri-peşəkarlığını aradan qaldırılmasına, eləcədə vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq insanlarda təşviş yarada biləcək və ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yollarını təbliğ etməyə xidmət edir. Layihə çərçivəsində jurnalistlərin öyrəndikləri nəzəri bilikləri praktiki tətbiq etmək üçün şərait yaradılacaq.

Layihə çərçivəsində iştirakçılar üçün növbəti video-çarxın təqdimatı keçirildi.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi