Ru
Bakı
USD
EUR
GBP
RUB

“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

news photo

22.12.2016 18:00 // Cəmiyyət

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi layihəsini həyata keçirmişdir. Dünya tarixində danılmaz faktdır ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, bu müstəqilliyi qoruyub saxlamağı, tarixin ən ağır sınaqlarına sinə gəlməyi xalq, məhz öz Ulu Öndəri, Ümummilli lideri Heydər Əliyevdən öyrənmişdir. Layihənin məqsədi tarixin çətin mərhələlərindən keçən Azərbaycanın, əldə etdiyi müstəqillik tarixinin daha geniş təbliği və bu müstəqillikdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərmişdir. Müsabiqəyə 14 noyabrda start verilmiş, noyabrın sonunda isə müsabiqəyə yekun vurulmuşdur. Müsabiqəyə təqdim olunmuş yazılar nömrələnərək, anonim şəkildə münsiflərə təqdim olunmuş və müvafiq qiymətləndirməyə əsasən qalib müəyyənləşdirilmişdir. Müsabiqənin özəl şərti isə ondan ibarət idi ki, jurnalistlərdən yeni yazı tələb olunmurdu. Yəni jurnalistıər 2016-cı il ərzində bu mövzuda dərc edilən yazılarını müsabiqəyə təqdim edə bilərdilər. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibi 1000 AZN, II yerin qalibi 800 AZN, III yerin qalibi isə 600 AZN məbləğində mükafat alacaqdır. Bundan başqa müsabiqədə 4 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaqdır.

Müsabiqənin mükafatlandırma mərasimi 23 dekabr 2016-cı il, saat 14.00-da Hyatt Regency Otelinin Şuşa zalında keçiriləcəkdir. Tədbirdə müxtəlif dövlət rəsmilərinin və media nümayəndələrinin iştirakı gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi