“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının 2019-cu il üçün məzunları mükafatlandırılıb (FOTO)

26.07.2019 21:59 // Gənclər üçün
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının 2019-cu il üçün məzunlarını mükafatlandırıb.
Nazirliyin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, A.Rəhimov tədbirdə çıxış edərək bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 ilinin tamam olduğunu bildirərək, qurumun Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi bir dövrdə təsis olunduğunu xatırladıb. Nazir vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdan kimi ilk görüşü məhz həmin ilin sentyabrında Milli Məclisdə gənclərlə təşkil edib.
Azad Rəhimov bildirib: “1994-cü il iyulun 26-da təsis edilən Gənclər və İdman Nazirliyi ulu öndər Heydər Əliyev tərəfindən yaradılan ilk nazirlik olub. Nazirliyin yaradılması ilə Azərbaycanda gənclər və idman siyasətinin əsası qoyulub. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrləri təhlil etsək görərik ki, gənclər və idman məsələləri daim dahi şəxsiyyətin diqqət mərkəzində olub. Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşıb və daim öz himayəsində saxlayıb. Əbədiyaşar lider gənclərlə görüşlərində “Azərbaycanın gələcəyi gənclərdir” ifadəsini əbəs yerə işlətmirdi.”
Nazir vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən keçirilmiş “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına bu gün yekun vurulur.
Qeyd edək ki, proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ilə görüşlər təşkil edilib. Seminar xarakteri daşıyan görüşlərdə gənclər dövlətimizin müxtəlif sahələrdə siyasəti ilə daha da yaxından tanış olublar. Gənclər, eyni zamanda, ulu öndər Heydər Əliyev ilə çiyin-çiyinə çalışmış rəhbər şəxslərdən əbədiyaşar liderin həyat və fəaliyyəti barədə dolğun məlumat alıblar.







Digər xəbərlər
“Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti Qədir Rüstəmovun xatirəsi anılacaq
05.12.2019 19:41 // Cəmiyyət
Ağır atletika üzrə yığma komandamız İsraildə Avropa birinciliyində iştirak edəcək
05.12.2019 19:26 // İdman
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb
05.12.2019 18:23 // Cəmiyyət
Tokio-2020: İki növ üzrə yarışın başlama vaxtı isti hava şəraitinə görə dəyişdirilib
05.12.2019 18:04 // İdman
“Sosial elmlər” jurnalının ilk buraxılışı nəşr olunub
05.12.2019 17:45 // Təhsil
Rusiyalı bəstəkar Bakıda neoklassik musiqi layihəsini təqdim edəcək
05.12.2019 17:24 // Cəmiyyət
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05.12.2019 17:01 // İdman
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb
05.12.2019 16:30 // İdman
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
05.12.2019 16:12 // Təhsil
“Turizm Könüllüləri” Təşkilatı ictimaiyyətə təqdim edilib
05.12.2019 15:57 // Gənclər üçün
Musiqili Teatr “Ər və arvad” tamaşasını yenidən repertuara salıb
05.12.2019 15:10 // Cəmiyyət
Bakı Slavyan Universitetində dəyirmi masa: Abdulla Şaiq bizim mənəvi irsimizdir
05.12.2019 14:56 // Təhsil
Gömrük Akademiyasının tələbəsi: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
05.12.2019 14:37 // Təhsil
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05.12.2019 14:21 // Gənclər üçün
Sabahın hava proqnozu açıqlanıb
05.12.2019 14:02 // Cəmiyyət
Azərbaycan millisi Ermənistan yığması ilə eyni püşkatma səbətinə düşüb
05.12.2019 13:44 // İdman
Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə
05.12.2019 13:29 // Təhsil
“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında...
05.12.2019 13:13 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyasının təqdimatı keçiriləcək
05.12.2019 12:58 // Cəmiyyət
“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb (FOTO)
05.12.2019 12:26 // Təhsil
Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
05.12.2019 12:10 // İdman
Tələbələrin “səyyar kinoteatr”ı beynəlxalq sərgidə (FOTO)
05.12.2019 11:55 // Təhsil
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür (FOTO)
05.12.2019 11:37 // Gənclər üçün
ADU-da “Bir günlük xəlifə”lər seçilib (FOTO)
05.12.2019 11:24 // Təhsil
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
05.12.2019 11:09 // Qarabağ
Azərbaycanın U-19 komandası Fransa, Yunanıstan və Moldova yığmaları ilə qarşılaşacaq
05.12.2019 10:50 // İdman
“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq
05.12.2019 10:32 // Təhsil
“Avro 2020”nin biletləri satışa çıxarılıb
05.12.2019 10:18 // İdman
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib
05.12.2019 10:01 // Təhsil
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq
05.12.2019 09:43 // Təhsil