Ru
Bakı
USD
EUR
GBP
RUB

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına start verilmişdir (FOTO)

news photo

27.06.2019 13:01 // Gənclər üçün

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına başlanılmışdır.

Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir. 

Proqramın əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması, eyni zamanda gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hisslərinin gücləndirilməsi, onlarda liderlik keyfiyyətlərinin inkişafına şəraitin yaradılmasıdır. 

Proqramın kompanentlərində biri dövlət orqanlarının rəhbərləri, o cümlədən ziyalı, tədqiqatçı, ictimai və dövlət xadimləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub 

 İlk görüş Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevlə olmuşdur.

Görüş zamanı Əbülfəs Qarayev proqram iştirakıçalarına Heydər Əliyev və Azərbaycan mədəniyyəti, milli məfkurənin formalaşmasında mədəniyyətin rolu, Dünya mədəniyyəti və Azərbaycan, Azərbaycanın maddi-mədəni irsinin qorunması istiqamətində görülmüş və görüləcək işlər, Azərbaycan mədəniyyəti və beynəlxalq əməkdaşlıq (UNESCO, İSESCO, Bakı Prosesi, Mədəniyyətlərarası Dialoq Forumları və s.), Azərbaycanın dünyanın ən qədim mədəniyyətlərindən birinə sahib olduğuna dair faktlar, mədəniyyətin və incəsənətin təbliğində və qorunmasında gənclərin fəaliyyəti və s. istiqamətlər üzrə məlumatlar verilmiş və fikir mübadiləsi aparılmılşdır.

Sonra proqram iştirakçıları onları maraqlandıran mövzular üzrə suallar vermişlər. 

Sonda xatirə şəkili çəkilmişdir.   

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi