Ru
Bakı
USD
EUR
GBP
RUB

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar (FOTO)

news photo

09.08.2019 16:23 // Siyasət

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, Heydər Əliyev adına Hərbi Liseydə keçirilən yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək ali hərbi təhsil almaq hüququ qazanan kursantlara uğurlar arzulayıb.

Bildirilib ki, 56 kursantla fəaliyyətə başlayan hərbi liseyin 3 mindən artıq məzunu ötən dövrdə ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olunublar.

Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.

Sonra gələcəyin zabitlərinin təntənəli keçidi olub. Beləliklə də ali hərbi təhsil almaq hüququ qazanan kursantlar Bakı şəhərinə yola salınıblar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi