Ru
Bakı
USD
EUR
GBP
RUB

Həssas qrupdan olan gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı layihənin icrasına başlanıb

news photo

11.02.2020 08:06 // Gənclər üçün

Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə Gürcüstanda “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin icrasına başlanıb.

GTMŞ-dan Youthportal.az-a bildiriblər ki, təlim prosesində 5 ölkədən, o cümlədən Azərbaycandan qatılan 10 gənc həssas qrupdan olan gənclərin inklüzivliyi və bu istiqamətdə qarşılaşdıqları çətinliklər barədə müzakirələr və təcrübə mübadiləsi aparırlar.

Təlim iştirakçıları norveçli psixoloq Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsi haqqında məlumatlandırılıblar. Onlar, həmçinin bu nəzəriyyənin qrup işində tətbiqi imkanlarını müzakirə ediblər.

Günün sonunda iştirakçılar qruplara ayrılaraq, gənclərin inklüzivliyinin artırılması və risk amillərini müzakirə edib, müxtəlif mövzular ətrafında təhlillər aparıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi