Ru
Bakı
USD
EUR
GBP
RUB

Həştərxanda Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin Beynəlxalq forumu keçiriləcək

news photo

17.09.2019 20:17 // Cəmiyyət

“Rossotrudniçestvo” Həştərxan Dövlət Universitetinin dəstəyi ilə sentyabrın 28-29-da “Xəzəryanı bölgə ölkələrinin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişafı perspektivləri” mövzusunda Beynəlxalq forum keçirəcək.

Youthportal.az xəbər verir ki, tədbirin proqramı tematik modulları və bələdiyyələr səviyyəsində aktual mədəni-humanitar məsələlərə dair beynəlxalq əməkdaşlıq üzrə bölmələri ehtiva edir. Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında görüşün əsas məqsədi isə bələdiyyə administrasiyaları, biznesmenlər, elm xadimləri və ekspertlər arasında açıq dialoq üçün şəraitin yaradılmasıdır.

Forumda tanınmış rusiyalı ekspertlər, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın elmi ictimaiyyətinin və ictimai təşkilatlarının nümayəndələri, qardaşlaşmış şəhərlərin administrasiyalarının təmsilçiləri, Rusiya Federasiyasının federal nazirlikləri və idarələrinin, həmçinin subyektlərinin hakimiyyət orqanlarının əməkdaşları iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi