Ru
Bakı
USD
EUR
GBP
RUB

Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirib

news photo

24.06.2018 12:34 // Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı buxtası üzərində uçuşlar keçirib.

Youthportal.az xəbər verir ki, hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portretini daşıyıblar.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub. Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi