Ru
Bakı
USD
EUR
GBP
RUB

Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak edirlər

news photo

17.02.2020 15:04 // Siyasət

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyə ərazisindəki Ağrı dağına ekspedisiya təşkil olunub.

Müdafiə Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, ekspedisiyada Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, eləcə də Azərbaycan Alpinizm Federasiyasının təcrübəli alpinistləri Rüfət Qocayev və Nemət Ağayev iştirak edirlər.

Hərbi alpinistlərimiz Ağrı dağının 5157 metrlik zirvəsinə qalxaraq orada Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıracaq, Xocalı faciəsi zamanı qətlə yetirilən insanların fotolarını yüksək dağ zirvəsinə yerləşdirəcəklər.

Səfərdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının xatirələrini yad ediblər.Ekspedisiya martın 1-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi