Ru
Bakı
USD
EUR
GBP
RUB

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib

news photo

17.12.2018 10:54 // İdman

“ABU Arena”da həndbol üzrə Azərbaycan kuboku yarışları başlayıb. Yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.

Youthportal.az Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, qadın həndbolçuların yarışının açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.

Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. U-16 – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.

Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.

Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi