Ru
Bakı
USD
EUR
GBP
RUB

Hemilton “BBC Sport”un versiyasında ikinci yeri tutub

news photo

17.12.2018 14:30 // Formula 1

Formula 1 üzrə dünya çempionu Lyuis Hemilton “BBC Sport”un versiyası əsasında “İlin ən yaxşı idmançısı” nominasiyasında ikinci yeri tutub.

Youthportal.az “F1News.ru” saytına istinadla xəbər verir ki, britaniyalı şose və trek velosiped yürüşçüsü Heraynt Tomas bu nominasiyada birinci, futbolçu Harri Keyn isə üçüncü yeri tutublar.

Lyus Hemilton deyib: “Mənim keçdiyim yol heç də asan olmayıb. Səkkiz yaşımdan sükan arxasındayam və bu gün ailə üzvlərim – atam, anam, əmim, qardaşımla burada olmaqdan qürur hissi keçirirəm. Yoxsulluğun daşını atmaq ailəmizin ümdə arzusu olub.

Biz elə də ağır şəraitdə yaşamırdıq, lakin daha yaxşı yaşamaq istəyirdik. Həmişə qarşımıza ən yüksək məqsədlər qoyur və onlara çatmaq üçün vahid komanda kimi birgə çalışırdıq. Düşünürəm ki, həmin səkkizyaşlı uşaq bizim nailiyyətlərimizlə fəxr edərdi”.

Helen Rollanson mükafatını isə yeniyetmə pilot Billi Monqer alıb. Mükafatı ona Lyuis Hemilton təqdim edib.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi