Ru
Bakı
USD
EUR
GBP
RUB

Həftəsonu Akademik Musiqili Teatrda maraqlı tamaşalar göstəriləcək

news photo

19.04.2019 16:12 // Cəmiyyət

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, aprelin 19-da saat 19:00-da “Toya bir gün qalmış”, aprelin 20-də saat 19:00-da “Amerikalı kürəkən”, aprelin 21-də saat 19:00-da isə “Baladadaşın toy hamamı” tamaşaları təqdim ediləcək.

Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq” musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 19-da və 21-də saat 12:00-da “Qızıl cücə” tamaşası uşaqlar üçün rus dilində göstəriləcək.

Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları - Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.

Vaxtını maraqlı və yaddaqalan keçirmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi