Ru
Bakı
USD
EUR
GBP
RUB

“Hazırcavablar” intellektual teleoyununun növbəti qalibi 76 nömrəli məktəbin komandası olub

news photo

24.04.2018 14:59 // Bizim istedadlar

Paytaxt məktəblilərindən ibarət komandalar arasında “Hazırcavablar” intellektual teleoyunu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal- a bildiriblər ki, bu qurumun tabeliyindəki 70 nömrəli məktəb-liseyin və 76, 95, 121 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Azərbaycan dili”, “Tarix”, “İdman”, “Ordan-burdan” və digər bölmələr üzrə sualları cavablandırıblar.

İntellektual teleoyunun nəticələrinə əsasən, 76 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi