Ru
Bakı
USD
EUR
GBP
RUB

Harley Sahiblərinin “Land Of Fire” Azerbaijan Birliyininİlk Avropa Oyunlarına(#BAKU2015) Tövhəsi

news photo

23.04.2015 11:32 // İdman

7-10 may 2015 –ci il tarixində Fransanın Qrimo şəhərində, Sen-Trope buxtası“HarleyDavidson” şirkətinin təşkilatçılığı ilə Avropa Baykerlərinin növbəti Motofestivalıkeçiriləcəkdir.

Həmin Festivalda Avropadan və dünyanın digər yerlərindən çoxlu sayda baykerlərin iştirakı gözlənilir. Bu cür Moto Festivallar əsl dostluq və beynəlmiləlçilik atmosferində keçir.

Harley Sahiblərinin Land of FireAzərbaycanBirliyi üzvləri (FreeChapter“Land of Fire”Azerbaijan) həmin Festivalda ikiqat səylə iştirak edəcəklər – cünki Avropa Baykerlərin növbəti Moto Festivalında məhz bu il iştirak –12-27 iyun tarixlərində doğma Odlar Yurdumuzda keçiriləcək İlk Avropa Oyunlarını (#BAKU2015)təbliğ etmək üçün gözəl fürsətdir.

Və, hər bir Azərbaycan vətəndaşı kimi,Land of Fire birliyinin üzvləri həmin Oyunların təbliğ edilməsinə öz tövhələrini vermək arzusundadırlar.Beləki, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarının (#BAKU2015)təbliği və Azərbaycanın tarixi və mədəni irsinin, Azərbaycan həqiqətlərinin və son illərdə ölkəmizdə baş vermiş bir çox dəyişikliklərin və nailiyyətlərin təbliği və tanınması məqsədi ilə 25 aprel 2015-ci il tarixində Land of Fire birliyinin yeddi üzvü doğma Bakımızdan Fransanın Qrimo şəhərinə moto yürüş edəcəklər.

Yürüş iştirakçıları iki qrupa bölünərək Türkiyə və Ukrayna ərazisi ilə hərəkət edərək, İtaliyanın Genuya şəhərində görüşüb, oradan Qrimo şəhərinədək birlikdə yola davam edəcəklər.

Ümumilikdə Moto yürüş iştirakçıları 12 ölkə ərazisindən (Azərbaycan daxil olmaqla) Azərbaycan bayrağını qürurla aparacaqlar. Həmin ölkələr arasında Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya, İtaliya, Fransa, Xorvatiya, Monteneqro, Serbiya, Bolqarıstan və Türkiyə.

Moto yürüş istirakçılarna uğurlar və hamar yollar arzu edirik!

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi