Ru
Bakı
USD
EUR
GBP
RUB

Hamilton İtaliya Qran-Prisində qalib gəlməklə Formula 1-in ümumi hesabında liderliyini möhkəmləndirib

news photo

03.09.2018 14:23 // Formula 1

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 çempionatının 14-cü mərhələsi çərçivəsində İtaliya Qran-Prisi yürüşünün qalibi olub.

Youthportal.az xəbər verir ki, ikinci yeri Kimi Raykkonen (Ferrari) tutub. Finlandiyalı pilot karyerasında podiuma artıq 100-cü dəfə çıxıb. Üçüncü yerə Finlandiyanın daha bir təmsilçisi Valteri Bottas (“Mercedes”) çıxıb.

Şəxsi hesabında ikinci yeri tutan Sebastyan Fettel (Ferrari) birinci dövrədə Hamiltonla toqquşandan sonra bir çox mövqelərini itirərək ikinci onluğun sonuna düşüb, lakin yekunda dördüncü yeri tutub.

Ümumi hesabda Hamilton (256) liderliyini möhkəmləndirib. İndi britaniyalı pilot Fetteldən (226) 30 xal irəlidədir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi