Ru
Bakı
USD
EUR
GBP
RUB

“Hamı öləcək, amma mən qalacağam” – “Artım”da göstəriləcək növbəti film belə adlanır

news photo

11.08.2019 14:13 // Cəmiyyət

Avqustun 21-də “Artım” layihə məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində növbəti film nümayiş olunacaq.

Youthportal.az xəbər verir ki, bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın “Hamı öləcək, amma mən qalacağam” filmi təqdim edildikdən sonra, həm də müzakirə olunacaq.

Film - Rusiyanın ucqar rayonlarından birində, doqquzuncu sinifdə təhsil alan üç rəfiqədən bəhs edən ekran əsərində onların ilk addımlarından danışılır. Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayevadır.

Ailə birliyi necə davam edir, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir?

Cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir?

Uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar?

Yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır?

Filmin nümayişindən sonra bu və ya digər suallar Səbinə Abdullayeva tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində reallaşıb və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi