Ru
Bakı
USD
EUR
GBP
RUB

“Hacıkənd yay düşərgəsi – 2018” -də iştirak üçün qeydiyyat başlayıb

news photo

12.07.2018 10:45 // Gənclər üçün

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 9-15 avqust 2018-ci il tarixlərində Gəncə şəhər Hacıkənd qəsəbəsində “Hacıkənd yay düşərgəsi – 2018” adlı düşərgə təşkil edir. 

Youthportal.az xəbər verir ki, düşərgə “Azərbaycan Respublikasının Gənclər Fondu” –nun maliyyə dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gəncə Avropanın Gənclər Paytaxtı 2016” İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının birgə tərəfdaşlığı çərçivəsində "Gəncə Avropa İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunur.Düşərgə paytaxt və region gənclərinin yay istirahətlərini səmərəli təşkil etmələri məqsədilə təşkil olunur. Düşərgə zamanı qeyri-formal təhsil üsulları əsasında intellektual oyunlar, yarışlar, müzakirələr, komanda işləri, idman fəaliyyətləri və müxtəlif növ panellər (təlim sessiyaları) baş tutacaq.

Qeyd edək ki, düşərgə 16-29 yaş aralığında olan gənclər üçün nəzərdə tutulmuşdur. Qeydiyyat linkini təqdim edirik: https://docs.google.com/forms/d/1-w_YwfoNwFBlU9AWRHqT1OTYfZVWmhRsDcvZcJDYiYo/viewform?edit_requested=true

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi