Ru
Bakı
USD
EUR
GBP
RUB

Hacı Əliyev: Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm

news photo

09.04.2019 22:28 // İdman

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində qızıl medal qazanaraq karyerasında üçüncü dəfə Avropa çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) yarışdan sonra qələbə ilə bağlı təəssüratlarını Azərbaycan Güləş Federasiyasının saytı ilə bölüşüb. 

Youthportal.az federasiyanın saytına istinadla xəbər verir ki, üçqat Avropa və dünya çempionu qələbəsini Aprel döyüşlərindən şəhid olan Vətən övladlarının xatirəsinə həsr etdiyini vurğulayaraq deyib: “Gördüyünüz kimi çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim. Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi Aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, onların ruhlarını şad etmiş olaram”.Qarşıdakı yarışlara inamla hazırlaşdığını qeyd edən idmançı bildirib: “Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Hazırlıqları daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Bu mötəbər yarışa çox yaxşı hazırlaşmalıyıq”.

news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi