Ru
Bakı
USD
EUR
GBP
RUB

Günay Abdullayeva : İstədiyiniz və inandığınız işin arxasınca düşün, mütləq uğur tapacaqsınız

news photo

19.06.2017 14:26 // Bizim istedadlar

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,  “Kapital Bank” ASC və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibi müəyyənləşdirilib.

YouthPortal II yerin qalibi -  Bakı Dövlət Universitetində SABAH qrupları IV kurs tələbəsi, Kompüter elmləri ixtisası üzrə təhsil alan Günay Abdullayeva ilə olan müsahibəni təqdim edir.

Zəhmət olmasa layihən haqqında oxucularımıza məlumat verərdin.

- Bizim layihə TechSOS adlanır. TechSOS həm cihaz , həm də proqram təminatından ibarətdir, insanın yıxılmasını təyin edir və tez biz zamanda köməyin çatdırılmasını təmin edir. Belə ki, insan cihazı öncədən bluetoothla telefonundakı mobil tətbiqə qoşmalıdır və cihaz kəmər hissəyə taxılmalıdır. Əgər yıxılma hadisəsi baş verərsə bu zaman cihaz həmin hadisəni təyin edir və telefondakı mobil tətbiq vasitəsi ilə həmin şəxsi izləyən insanlara xəbərdarlıq göndərilir. İzləyici insanlar xəbərdarlığa daxil olub həmin şəxsin harda və nə zaman yıxıldığını görüb tez bir zamanda kömək edə bilərlər.

Layihənin məhz bu olmasında məqsədi nədir?

- Biz komanda olaraq 3-cü kursun sonlarında bu layihə ilə bir yarışa qatıldıq və həmin yarışda uğurlu olduq. Lakin bu proyektə başlamazdan əvvəl bu problemi ətraflıca araşdırdıq və həqiqətən də bu tipli bir cihaza ehtiyac olduğunu gördük. Buna görə də hal-hazırda layihəmizi təkminləşdirərək kütləvi istehsalata çıxmaq qerarına gəldik.

Bildiyimiz kimi müsabiqədə altı universitetin 34 tələbəsi iştirak edib. Qaliblər sırasında olacağını düşünürdün ? 

- Bəli, əlbəttə, hətta birinci yer olacağını belə düşünürdük. İkinci yer də yəqin o qədər də pis nəticə deyil.

Qalibiyyətə aparan yolda ən çox çətinlik yaradan nə oldu? 

- Bizdə ən çox aparat təminatına əsaslanan proyekt olduğuna görə eyni vaxtda həm cihazı hazırlamaq, həm də paralel olaraq onu kodlaşdırmaq və mobil tətbiqi hazırlamaq bəzi gecikmələrə və problemlərin çıxmasına səbəb olurdu. Çünki, bəzən problem kodda, bəzən isə cihazın hansısa modulunda olurdu və bunu təyin etmək müəyyən qədər vaxt alırdı.

Həyata keçirmək istədiyin başqa layihələr var ?

- Hal-hazırda ən böyük istəyim proyektimizin tam şəkildə hazır olması və satışa çıxmasıdır. Təbii ki növbəti mərhələlərdə yeni faydalı layihələr hazırlamaq istəyərəm.

Bir azda gələcək təhsilin və yə iş planın haqqında danışaq.Gələcəyə yönəlik hədəflərin nələrdir? 

- Mən bu il bakalavr təhsilimi bitirirəm və magistr təhsili almağı düşünürəm. Estoniyaya Tartu Universitetinə təqaüdlə magistr təhsili almaq üçün qebul olmuşam. Estoniyada startaplarla bağlı kifayət qədər çox imkanlar olduğununu bilirəm.Buna görə, bu həm mənim üçün, həm də proyektimiz üçün faydalıdır.

Sonda isə oxucularımıza tövsiyələrinizi alaq. 

- İstədiyiniz və inandığınız işin arxasınca düşün. Mütləq uğur tapacaqsız:) 

 

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Atəşkəs 21 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi