Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləşçimiz Rafiq Hüseynov doqquz ildən sonra Avropa çempionatının finalına yüksəlib

news photo

12.02.2020 09:08 // İdman

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Youthportal.az xəbər verir ki, ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçimiz Rafiq Hüseynov əvvəlcə niderlandlı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. İdmançımız finalın bir addımlığında italiyalı rəqibinə çətinlik çəkmədən qalib gələrək doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.

Digər güləşçimiz Ülvi Qənizadə Avropa çempionatına bolqarıstanlı rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin dörddəbir finalda üçqat dünya çempionu, alman Frank Şteblerlə bacarmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən idmançımız üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.

Digər pəhləvanımız Murad Bazarov birinci görüşündə çətinliklə də olsa, İtaliya güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Ermənistan idmançısına məğlub olub. Həmin güləşçi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi