Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləşçimiz dünya çempionatını gümüş medalla başa vurub

news photo

10.09.2017 11:25 // İdman

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatının altıncı yarış günündə - sentyabrın 9-da 42, 50, 58 və 69 kiloqram çəki dərəcələrində sərbəst güləşçilərimiz final görüşünə çıxıblar.

<br />

Dünya çempionatında 42 kiloqram çəkidə mübarizə aparan Əlihəsən Əmirli ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqibləri ilə görüşləri vaxtından əvvəl və tam üstünlüklə məğlub edərək finala yüksəlib. Güləşçimiz keçirdiyi görüşlərdə rəqiblərindən 33 xal alsa da, heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Əlihəsən Əmirli Özbəkistan idmançısına qalib gələrək dünya çempionu adına sahib olub.

<br />

Mahir Məmmədzadə (50 kq) də bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finala qədər o, Əlcəzair, ABŞ, Qazaxıstan və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Son görüşdə Mahir Məmmədzadənin rəqibi Rusiya idmançısı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz məğlub olub və mundialın gümüş medalı ilə kifayətlənib.

<br />

Turnirdə 58 kiloqram çəkidə yarışan Turan Bayramov da bütün rəqiblərini tam üstünlüklə məğlub edib və finala vəsiqə qazanıb. Ardıcıl olaraq Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub edən güləşçimiz rəqiblərindən ümumilikdə 37 xal alıb və heç birinə xal verməyib. Final görüşündə Turan Bayramov Yaponiya idmançısına uduzaraq dünya çempionatını ikinci pillədə başa vurub.

<br />

Təmsilçimiz Davud İbahimov (69 kq) Yaponiya, Ukrayna və İran idmançıları ilə qarşılaşıb. Qarşılaşdığı bütün rəqiblərindən üstün olmağı bacaran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə Davud İbrahimovun rəqibi ABŞ təmsilçisi olub. Rəqibinə məğlub olan güləşçimiz dünya çempionatını gümüş medalla başa vurub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi