Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləşçilərimiz Türkiyədə 11 medal qazanıb (FOTO)

news photo

15.04.2019 11:29 // İdman

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda qazancımız 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" olub. Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da ədaləti qoruyub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi