Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar

news photo

16.08.2019 16:00 // İdman

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. İlin ən vacib yarışı olan dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyır.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, güləşçilərimiz mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi