Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləşçilərimiz Dağıstanda sərbəst güləş üzrə turnirdə iki medal qazanıblar

news photo

20.11.2018 10:12 // İdman

Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, yarışda Azərbaycanı məşqçilər Rövşən Hacıyevin və Əşrəf Əliyevin rəhbərliyi ilə 15 güləşçi təmsil edib. Təmsilçilərimizdən ikisi fəxri kürsüdə yer almağı bacarıb. Yetmiş kiloqram çəki dərəcəsində yarımfinal görüşündə yığmamızın iki üzvü qarşılaşıb. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq həlledici görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. G.Hacıyev isə bürünc medala yiyələnib.

Xatırladaq ki, turnirdə görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev və Babək Allahverdiyev qoruyublar.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi