Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib (FOTO)

news photo

19.12.2018 23:37 // İdman

Dekabrın 19-da Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının ilk qalibləri müəyyənləşib.

Youthportal.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri final qarşılaşmalarında medallar uğrunda güclərini sınayıblar.

Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda Ziya Zeynalov (55kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63kq), Elman Muxtarov (67 kq), Rüstəm Əliyev (77 kq), Elvin Mürsəliyev (82 kq), Rafiq Hüseynov (87 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatda sərbəst güləşçilərin yarışında qızıl və bürünc medallar uğrunda qarşılaşmalar dekabrın 20-də keçiriləcək.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi