Ru
Bakı
USD
EUR
GBP
RUB

Güləş üzrə Azərbaycan çempionatı davam edir

news photo

20.12.2018 12:50 // İdman

Dekabrın 20-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının üçüncü gününün qarşılaşmaları başlayıb.

Youthportal.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışın üçüncü günündə sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Reqlamentə əsasən, bu gün saat 17:00-dan sonra sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Belə ki, Ziya Zeynalov (55kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63kq), Elman Muxtarov (67 kq), Rüstəm Əliyev (77 kq), Elvin Mürsəliyev (82 kq), Rafiq Hüseynov (87 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi