Ru
Bakı
USD
EUR
GBP
RUB

Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edilir

news photo

18.03.2019 12:15 // Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü küləyin müşahidə edilməsi ağacların aşma təhlükəsini artırır. Belə güclü külək hətta sağlam ağacları da aşıra bilər:

"Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi