Ru
Bakı
USD
EUR
GBP
RUB

Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır

news photo

05.09.2018 16:38 // Dünyada

ABŞ-ın Minnesota Universitetinin alimləri ilk dəfə gözün üçölçülü strukturunun əldə edilməsinə nail olublar.

Struktur torlu qişanın işini təqlid edir və implantatla birlikdə işləyir. Belə ki, beyinə təsvir haqqında siqnalları ötürən torlu qişa hüceyrələri üçün görülən təsvir elektrik impulslarına çevrilir.

Youthportal.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası meddaily.ru saytına istinadla məlumat yayıb. Qeyd olunub ki, alimlər yarımkürə əsasla işləməyə başlayıblar. Onu üçölçülü printerdən istifadə edərək, tərkibində gümüş zərrəcikləri olan mürəkkəblərlə örtüblər. Onların üzərində yarımkeçirici polimer materiallardan yaradılmış və işığı elektrikə çevirən fotodiodlar yerləşdirilib. Bu metoddan istifadə etdikdə bütün strukturun çap prosesinə təxminən bir saat vaxt sərf olunur.

Alimlər ötürülən informasiyanın keyfiyyətini yüksəltmək üçün işıq reseptorlarının sayını artırmağı planlaşdırırlar.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi