Ru
Bakı
USD
EUR
GBP
RUB

Göygöldə Qarabağ şəhidlərinin xatirəsinə aşihara karate üzrə turnir keçiriləcək

news photo

18.10.2019 10:45 // İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Aşihara Karate Federasiyasının birgə təşkilatçılığı ilə aşihara karate üzrə turnir keçiriləcək.

Youthortal.az xəbər verir ki, yeniyetmələr və gənclər arasında Göygöldə təşkil ediləcək turnir Qarabağ şəhidlərinin xatirəsinə həsr olunacaq. Turnirin açılış mərasimi oktyabrın 26-da təşkil ediləcək. Açılış mərasimində Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Beynəlxalq Karate Federasiyasının prezidenti David Jonkers və Türkiyə Aşihara Karate Federasiyasının prezidenti Uğur Baran da iştirak edəcəklər.

Yarışın baş hakimi D.Jonkers olacaq.

Turniri təşkil etməkdə məqsəd yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini təmin etmək, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, yarış təcrübəsini daha da zənginləşdirmək, aşihara karateni ölkəmizdə kütləviləşdirməkdir.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi