Ru
Bakı
USD
EUR
GBP
RUB

Göyçay şəhərində “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsi çərçivəsində gənclər üçün festival keçrilib (FOTO)

news photo

26.11.2019 16:19 // Gənclər üçün

"Göyçay İnkişaf Mərkəzi" GİB-i Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsi çərçivəsində müsabiqədən keçmiş gənclərlə birgə festival keçrib. 

İctimai birlikdən Youthportal.az-a bildiirlib ki, festivalda İsmayıllı, Göyçay, Qəbələ rayonlarından seçilmiş yaradıcı və istedadlı gənclər iştirak edib. Tədbirdə seçilmiş gənclərlə yanaşı regionun ziyalıları, ədəbiyyatşunasları və poeziya sevərləri iştirak ediblər.

Festivalın açılışında birliyin sədri Əzizağa Atakişiyev iştirakçıları, gəncləri və münsif qismində çıxış edən ziyalıları salamlarayaraq layihə haqqında ətraflı məlumat vermişdir. Onlara festivala qatıldıqlarına görə təşəkkürünü bildirmişdir. O, böyük Azərbaycan şairi və mütəfəkkiri olan Nəsiminin, anadilli Azərbaycan poeziyasının banilərindən biri olduğunu qeyd etmiş və festivalın məqsədi haqqında gənclərə məlumat vermişdir. Bununla da festivalı açıq elan etmişdir.

Daha sonra fetivalın fasilitatoru Coşqun İsmayılov hər bir rayon üzrə iştirakçıları təqdim etmiş və onların performaslarının tamaşaçılara göstərilməsi üçün ardıcıllıqla səhnəyə dəvət etmişdir. İştirakçı gənclər həm qrup şəklində, həm də fərdi şəkildə çıxış etmiş və hazırladıqları səhnəcik, ifa, əl işləri və rəsm nümunələrini nümayiş etdirmişlər.

Təhdbirdə rayonun ziyalıları münsiflər qismində iştirak edərək gənclərə uğurlar arzu etmiş və göstərdikləri performanslara görə öz təşəkkürlərini bildirmiş və onlara gələcəkdə uğurlar arzulayıblar. Festivalın sonunda gənclərin hazırladıqları ifalar və yaradıcı işlər münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, onlara hədiyyələr və serifikatlar təqdim edilmişdir.

Sonda xatirə şəkili çəkilmişdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi