Ru
Bakı
USD
EUR
GBP
RUB

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında kitab çap olunub

news photo

25.12.2018 17:10 // Cəmiyyət

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, 3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi