Ru
Bakı
USD
EUR
GBP
RUB

"Google" bu reklamlara qadağa qoydu

news photo

16.03.2018 19:13 // Dünyada

Dünyanın ən böyük axtarış sistemi olan "Google" şirkətində kriptovalyutaların reklamı dayandırlacaq.

Youthportal xəbər verir ki, bu barədə mətbuata şikət üzərində hüquqlara sahib "Alphabet" şirkətinin rəsmi nümayəndəsi məlumat verib. O bildirib ki, bu ilin iyun ayından başlayaraq axtarış sistemidə kriptovalyuta və başqa spekulyativ maliyyə alətlərinin reklamına qadağa qoyacaq.

Bundan başqa "Google" şirkətinin yeni, 2018-ci il üçün hazırlanan hesabatına görə, keçən il şirkət 3,2 milyard reklam elanını silib. 2016-cı il ilə müqayisədə isə silinmiş reklam elanlarının sayı nə az, nə çox, düz 2 dəfə yüksəlib.

Xatırladaq ki, bu ilin yanvarında "Facebook" sosial şəbəkəsi kriptovalyuta, ICO (kriptoaktivlərin ilkin yerləşdirməsi) və binar opsionlarla bağlı reklam elanlarının dərcinə qadağa qoyub. Şirkətin nümayəndəsi bildirmişdi ki, belə reklam elanları həm sosial şəbəkə, həm "Instagram", həm də kənar tətbiqlərdə reklam yerləşdirməyə imkan verən "Audience Network" şəbəkəsində qadağan ediləcək. Həmçinin "Facebook" öz istifadəçilərini sosial şəbəkənin siyasətini pozan elanlardan şikayət etməyə səsləyib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi