Ru
Bakı
USD
EUR
GBP
RUB

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib (FOTO)

news photo

22.04.2019 12:15 // Təhsil

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart - 6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.

Azərbaycanda “Philip C. Jessup”ın ilk milli raundları məhz Akademiyanın komandasının yarışa qoşulması ilə mümkün olub.

Akademiyadan Youthportal.az-a bildirilib ki,  Akademiyanın komandası 4 raundda xüsusi uğur əldə edərək, raund tam başa çatmadan bütün hakimlər tərəfindən qalib elan edilib. Azərbaycanın müsabiqədə təmsil olunduğu müddət ərzində ilk dəfə məhz Akademiya komandasının iki üzvü eyni raundda 80 baldan daha yüksək qiymətləndirilib. Komanda ümumilikdə 34 ölkə arasında 17-ci yerə layiq görülüb.

Bu müsabiqə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır və hər il müsabiqədə 100-dən çox ölkədən 3000-dək tələbə iştirak edir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi